Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub

Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub Mingəçevir. 14 avqust . REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Avqust , 2018 22:21
Mingəçevirdə 6 yaşlı uşağı maşın vurub

Mingəçevir. 14 avqust . REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında İslam İslamzadə küçəsində baş verib.

Markası hələ ki, naməlum olan avtomobil yolu keçən 2012-ci il təvəllüdlü şəhər sakini Quluzadə İmaməli Məhəmməd oğlunu vuraraq ona xəsarət yetirib.Yaralı uşaq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi