Mingəçevirdə 52 yaşlı qadın intihara cəhd edib

Hadisə
  • 13 avqust, 2018
  • 16:35
Mingəçevirdə 52 yaşlı qadın intihara cəhd edib

Mingəçevir. 13 avqust. REPORT.AZ/ Mingəçevir şəhərində intihara cəhd olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Bağlar yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1966-cı il təvəllüdlü S.D özünü öldürmək məqsədilə eyni vaxtda 20 müxtəlif həb içib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.