Mingəçevirdə 5-ci mərtəbədən yıxılaraq yaralanan körpə ölüb

Mingəçevirdə 5-ci mərtəbədən yıxılaraq yaralanan körpə ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Sentyabr , 2017 15:59
Mingəçevirdə 5-ci mərtəbədən yıxılaraq yaralanan körpə ölüb

Mingəçevir. 18 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərində 2 yaşlı körpə doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə sentyabrın 17-də şəhərin məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən körpə bu gün orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi