Mingəçevirdə 39 yaşlı qadını maşın vurub

Hadisə
  • 10 dekabr, 2018
  • 07:24
Mingəçevirdə 39 yaşlı qadını maşın vurub

Mingəçevir. 10 dekabr. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadissəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Xaldan şossesində qeydə alınıb.

Belə ki, “VAZ 21099” markalı avtomobil Mingəçevir şəhər sakini 1979-cu il təvəllüdlü Abdullayeva Mətanət Caməddin qızını vurub. Kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə