Mingəçevirdə 32 yaşlı qadın əri tərəfindən döyülərək xəstəxanalıq edilib

Mingəçevirdə 32 yaşlı qadın əri tərəfindən döyülərək xəstəxanalıq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Noyabr , 2017 19:54
Mingəçevirdə 32 yaşlı qadın əri tərəfindən döyülərək xəstəxanalıq edilib

Mingəçevir. 15 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb. 

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb. 

Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi