Mingəçevirdə 32 yaşlı qadın əri tərəfindən döyülərək xəstəxanalıq edilib

Hadisə
  • 15 noyabr, 2017
  • 15:54
Mingəçevirdə 32 yaşlı qadın əri tərəfindən döyülərək xəstəxanalıq edilib

Mingəçevir. 15 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb. 

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb. 

Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.