Mingəçevirdə 16 yaşlı qız yaxınları ilə mübahisə zəminində intihara cəhd edib

Hadisə
  • 07 yanvar, 2018
  • 17:51
Mingəçevirdə 16 yaşlı qız yaxınları ilə mübahisə zəminində intihara cəhd edib

Mingəçevir. 7 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində yeniyetmə qız intihara cəhd edib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin N.Rəfibəyli küçəsi, 11 ünvanında qeydə alınıb.

2002-ci il təvəllüdlü N.O yaxınları ilə mübahisə etdikdən sonra sirkə turşusu içərək özünü öldürmək istəyib. Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.