Bakı. 16 yanvar. REPORT.AZ/ Mingəçevir Şəhər Təhsil Şöbəsinin inzibati binasından oğurluq olub.
“Report” xəbər verir ki, binaya daxil olan naməlum şəxs və ya şəxslər oradan kompüter avadanlığı, qiymətli əşyalar ələ keçirərək ərazidən uzaqlaşıblar.
Hadisəni törədən şəxs və ya şəxslərin axtarışları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.