Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib - YENİLƏNİB

Hadisə
  • 01 mart, 2018
  • 17:45
Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib - YENİLƏNİB

Mingəçevir. 1 mart. REPORT.AZ/ Mingəçevir Şəhər İcra Hakimiyyətində (ŞİH) iş otağında ölən şəxsin adı və ölünm səbəbi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, ŞİH-in kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib.

Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İ.Məmmədova uzun illərdir ki, Mingəçevir ŞİH-də ümumi şöbə nəzdində, eyni zamanda icra hakiminin müavinləri yanında qəbul bölməsində fəaliyyət göstərirdi.


***21:32

Mingəçevir. 1 mart. REPORT.AZ/ Mingəçevir Şəhər İcra Hakimiyyətində (ŞİH) ölüm hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, ŞİH-in hələlik adı məlum olmayan əməkdaşı iş otağında dünyasını dəyişib. 

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. ŞİH-in əməkdaşının hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti