Mingəçevir restoranında müştərilərlə ofisiant arasında dava olub, xəsarət alanlar var - FOTO - TƏFƏRRÜAT - YENİLƏNİB

Mingəçevir restoranında müştərilərlə ofisiant arasında dava olub, xəsarət alanlar var - FOTO - TƏFƏRRÜAT - YENİLƏNİB Müştərilərdən biri ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub
Hadisə
14 Mart , 2018 23:55
Mingəçevir restoranında müştərilərlə ofisiant arasında dava olub, xəsarət alanlar var - FOTO - TƏFƏRRÜAT - YENİLƏNİB
Report

Mingəçevir. 14 mart. REPORT.AZ/ Mingəçevir şəhərində baş vermiş hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, “Qədiroğlu” restoranında müştərilərlə ofisiant arasında davanın baş verdiyi müəyyən edilib.

Hadisə zamanı restoranın 1996-cı il təvəllüdlü müştərisi Orxan Elxan oğlu Mamedov ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Eyni zamnada, müəssisənin 2000-ci il təvəllüdlü ofisiantı Seymur Zeynalov da həmin davada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin tam mahiyyəti hələ bəlli olmasa da, müştərilərlə ofisiant arasında mübahisə zəminində baş verdiyi söylənilir.

Faktla bağlı araşdırma aparılır.


***20:53

Mingəçevir. 14 mart. REPORT.AZ/ Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında “Qədiroğlu” restoranında qeydə alınıb.

Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

İlkin məlumata görə, onun bud nahiyəsindən yaralandığı ərazidə şüşə qırıqları və qan izləri olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi