Şəkidə mikroavtobus paltarı qapı arasında qalan qadın sərnişini sürüyüb

Şəkidə mikroavtobus paltarı qapı arasında qalan qadın sərnişini sürüyüb Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Fevral , 2019 20:37
Şəkidə mikroavtobus paltarı qapı arasında qalan qadın sərnişini sürüyüb

Şəki. 7 fevral. REPORT.AZ / Şəki rayonunda mikroavtobus paltarı qapı arasında qalan qadın sərnişini sürüyüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Zinyət Hünbət qızı Həsənova şəhər ərazisində marşut xətti ilə hərəkət edən mikroavtobusdan düşən zaman paltarı qapının arasında qalıb. Bundan xəbərsiz olan sürücü mikroavtobusu hərəkət etdirib və qadını xeyli məsafədə sürüyüb. 

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Həsənova Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi