Qubada metal qəbulu məntəqəsindən oğurluq olub - VİDEO
- 11 oktyabr, 2019
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Quba rayonunda metal qəbulu məntəqəsindən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə "Report"a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqov saxlanılıb.Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalarla məlum olub ki, məntəqəyə qapını sındırmaq yolu ilə daxil olan və orada yerləşən şkafdan pulları oğurlayan A.Ocaqov törətdiyi cinayətin izini itirmək məqsədi ilə məntəqəyə quraşdırılmış müşahidə kamerasını sındıraraq hadisə yerindən uzaqlaşıb.
Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb.
Həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.