Mərkəzi Bank şübhəli maliyyə əməliyyatlarına dair məlumatları Baş Prokurorluğa təqdim edib

Mərkəzi Bank şübhəli maliyyə əməliyyatlarına dair məlumatları Baş Prokurorluğa təqdim edib İnterpola üzv dövlətlərdən daxil olan 50-dən çox sorğu cavablandırılıb
Hadisə
30 Mart , 2015 16:27
Mərkəzi Bank şübhəli maliyyə əməliyyatlarına dair məlumatları Baş Prokurorluğa təqdim edib

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı şübhəli maliyyə əməliyyatlarına dair məlumatları Baş Prokurorluğa təqdim edib. "Report" xəbər verir ki, bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, insan alveri cinayətləri törətməkdə təqsirləndirilən və ya şübhəli şəxslərin eyniləşdirilməsinə dair İnterpola üzv dövlətlərdən daxil olan 50-dən çox sorğu cavablandırılıb, eyni zamanda, KİV-lərdə və internet səhifələrində xarici dövlətlərdə işləməklə bağlı təkliflər araşdırılıb.

Bundan başqa, insan alveri yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması hallarının müəyyən olunması məqsədilə müvafiq cinayətlərdə təqsirləndirilən hər bir şəxs barəsində Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən zəruri araşdırmalar aparılıb, şübhəli maliyyə əməliyyatlarına dair məlumatlar Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib.

Qeyd edək ki, hesabat sənədi aprelin 3-də Milli Məclisdə müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi