Yuxarı

"Mərkəz Təchizat” MMC 228 min dollar cərimələnib

​"Mərkəz Təchizat” MMC 228 min dollar cərimə edildi

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Mərkəz Təchizat” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 228684 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Mərkəz Təchizat” MMC satınalmalar üzrə şirkətdir və bir çox tenderlərin qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi