Mərdəkanda yaşlı qadını maşın vuraraq öldürüb - FOTO

Hadisə
  • 18 iyul, 2017
  • 03:31
Mərdəkanda yaşlı qadını maşın vuraraq öldürüb - FOTO
Foto: Report.az

Bakı. 18 iyul. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Mərdəkan qəsəbəsində yolu keçmək istəyən yaşlı qadın Orucov Firuz Şahmurad oğlunun idarə etdiyi "90-OZ-390" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Zərərçəkmiş hadisə yerində ölüb. Sürücü Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi