Yuxarı

Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var

​Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var

Mərdəkan körpüsündən avtomobil aşıb. 

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb. 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi