Məhkəmə Röya Ayxanın Aygün Bəylərə qarşı iddiasını rədd edib

Məhkəmə Röya Ayxanın Aygün Bəylərə qarşı iddiasını rədd edib Məhkəmə iclası başa çatıb
Hadisə
6 Aprel , 2018 16:40
Məhkəmə Röya Ayxanın Aygün Bəylərə qarşı iddiasını rədd edib

Bakı. 6 aprel. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə R.Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, R.Ayxan iddia ərizəsində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olması barədə açıqlama verməsini tələb edirdi.

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

Son xəbərlər

Orphus sistemi