Məhkəmə Qulu Məhərrəmli ilə bağlı cinayət təqibinə xitam verib

Hadisə
  • 13 fevral, 2017
  • 12:55
Məhkəmə Qulu Məhərrəmli ilə bağlı cinayət təqibinə xitam verib

Bakı. 13 fevral. REPORT.AZ/ Yasamal Rayon Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin ötən il fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.