Məhkəmə Mehman Hüseynovun vəsatətlərini təmin etməyib

Məhkəmə Mehman Hüseynovun vəsatətlərini təmin etməyib Növbəti proses aprelin 10-na təyin olunub
Hadisə
29 Mart , 2017 18:03
Məhkəmə Mehman Hüseynovun vəsatətlərini təmin etməyib

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra M.Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şahla Hümbətova vəsatətlərlə çıxış edib. Onlar müvəkkilinin şüşə qəfəsdən çıxardılıb, yanlarında əyləşdirilmələrini, iclasın audio-video ilə keçirilməsini, həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz edilməsini, məhkəmənin qismən istintaq yolu ilə aparılmasını, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəsisi Musa Musayevin məhkəmədə dindirilməsini, M.Hüseynov saxlanılan zaman Nəsimi RPİ-nin müşahidə kameralarının məhkəməyə təqdim edilməsini və cinayət işinə xitam verilməsini isyiblər.

Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti proses aprelin 10-na təyin olunub.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Son xəbərlər

Orphus sistemi