Məhkəmə Əziz Orucovun apellyasiya şikayətini təmin etməyib

Məhkəmə Əziz Orucovun apellyasiya şikayətini təmin etməyib Məhkəmə Əziz Orucovun apellyasiya şikayətini təmin etməyib
Hadisə
27 May , 2024 17:03
Məhkəmə Əziz Orucovun apellyasiya şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun şikayətini təmin etməyib.

Bu barədə “Report”a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.

O bildirib ki, məhkəmə iclasında Ə.Orucovun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha bir ay uzadılması ilə bağlı qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi