Məhkəmə dini icmanın apellyasiya şikayətini təmin etməyib

Məhkəmə dini icmanın apellyasiya şikayətini təmin etməyib Hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
21 Aprel , 2017 09:57
Məhkəmə dini icmanın apellyasiya şikayətini təmin etməyib

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri "Yevangelist-lüteran" dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı şəhəri "Yevangelist-lüteran" dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib. Dini icma Komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi icmanın iddiasını rədd edib. Qərardan narazı qalan dini icma apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi