Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib Bakı. 1 mart. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Eynur Tahirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
1 Mart , 2019 17:27
Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib

Bakı. 1 mart. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Eynur Tahirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev müdafiə çıxışı edib.

Vəkil çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin əlamətlərini istisna edən kifayət qədər dəlillər var: "Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə cinayət təqibi ilə bağlı verilmiş ittihamın araşdırlması çərçivəsində məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində mühakimə edilən Eynur Tahirova elan olunmuş ittihamın tam əsasız hesab olduğunun şahid olmuşam. İstintaq orqanı mülki hüquq münasibətlərini cinayət işi ilə səhv salaraq əsassız ittiham verib. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil”.

B.Hacıyev qeyd edib ki, E.Tahirov zərərçəkmiş Roman Əliqasımovanın nə pulunu və nə də əmlakını aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirməyib və belə bir niyyəti də olmayıb.

Vəkil çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin əlamətləri, eləcədə cinayət hadisəsi olmadığından və ona verilmiş ittiham sübuta yetirilmədiyindən E.Tahirovun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Təqsirləndirilən E.Tahirov da son sözündə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin hökmü ilə E.Tahirova bəraət verilib.

İttihama görə, E.Tahirov zərərçəkmiş Roman Əliqasımova 6 min manata torpaq sahəsi satıb. Lakin həmin torpaq sahəsinin sənədlərində yanlışlıq olub. Zərərçəkmiş verdiyi pulu tələb etsə də, E.Tahirov həmin məbləği geri qaytarmayıb. Daha sonra zərərçəkmiş R.Əliqasımov hüquq-mühafizə orqanlarına şikayət edib.

E.Tahirova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməmək barədə iltizam seçilmişdi.

Xatırladaq ki, E.Tahirov daha əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub. 

Son xəbərlər

Orphus sistemi