Məcburi köçkünlərin məskunlaşdığı yataqxanda yanğın olub

Hadisə
  • 18 fevral, 2020
  • 10:40
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanda yanğın olub
google.az

Bakıda beşmərtəbəli yataqxana binasında yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb. 

Yataqxana binası yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.