Maştağadakı Psixiatriya Xəstəxanasında 28 yaşlı oğlan özünü asıb

Hadisə
  • 17 aprel, 2018
  • 06:12
Maştağadakı Psixiatriya Xəstəxanasında 28 yaşlı oğlan özünü asıb
Report/ Firi Salim

Bakı. 17 aprel. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, həmin xəstəxanada müalicə alan 1990-cı il təvəllüdlü Sənan Nəsibov özünü palatada asaraq intihar edib.

İntiharın səbəbləri araşdırılır.