Maştağada piyadanı maşın vurub

Maştağada piyadanı maşın vurub 38 yaşlı şəxs xəstəxanaya yerləşdirilib
Hadisə
22 May , 2017 06:31
Maştağada piyadanı maşın vurub

Bakı. 22 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident Maştağa qəsəbəsinin Savalan yaşayış massivində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Bəyəliyev Sərxan Səxavət oğlu yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi