Masazırda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Masazırda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Bakı. 16 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin mətbuat xidməti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində piyada qadının ölünü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Hadisə
16 İyun , 2018 13:36
Masazırda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı. 16 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin mətbuat xidməti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində piyada qadının ölünü ilə nəticələnən yol-nəqliyyat hadisəsi  barədə məlumat yayıb.

"Report" xəbər verir ki, iyunun 15-də saat 2 radələrində qəsəbə sakini Elməddin Hadıyev idarə etdiyi “Tavriya” markalı avtomobillə yolu keçən S.Məmmədovanı vurub. Hadisəni törətməkdə şübhəli bilinən E.Hadıyev saxlanılıb.

Araşdımalar davam etdirlir.


***12:05

Bakı. 15 iyun. REPORT.AZ/ Abşeron rayonunda naməlum avtomobil 34 yaşlı qadını vuraraq öldürüb.

"Report"un yerli bürosu xəbər verir ki,  hadisə rayonun Masazır qəsəbəsinin ərazisində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Susanna Etibar qızı Məmmədova yolu keçmək istəyərkən naməlum avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan S.Məmmədova hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi