Masazırda altıncı mərtəbədən yıxılan 3 yaşlı körpə sağ qalıb

Masazırda altıncı mərtəbədən yıxılan 3 yaşlı körpə sağ qalıb Əlimurad Ağayev otla örtülü torpaq qatının üzərinə düşüb
Hadisə
20 Yanvar , 2018 03:24
Masazırda altıncı mərtəbədən yıxılan 3 yaşlı körpə sağ qalıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 2014-cü il təvəllüdlü Ağayev Əlimurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Yaralı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.

Son xəbərlər

Orphus sistemi