Masazır qəsəbəsində avtomobil piyadanı vuraraq xəsarət yetirib

Hadisə
  • 12 oktyabr, 2019
  • 20:56
Masazır qəsəbəsində avtomobil piyadanı vuraraq xəsarət yetirib

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Fərid Yusifovu vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif dərəcəli travması diaqnozları qoyulub.

Fakla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

44 filmi