Yuxarı

Masallıda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib

Masallıda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib
Onun yüksək dozada narkotik maddə qəbul etdiyi məlum olub

Masallı. 21 sentyabr. REPORT.AZ/ Masallı rayonunda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə dünən gətirilən meyitin Masallı rayon sakini,1972-ci il təvəllüdlü İsmayılov Rafiq Vaqif oğluna məxsus olduğu məlum olub. 

İki gün əvvəl evdən çıxaraq geri dönməyən R.İsmayılovun meyiti Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisində, yol kənarındakı kolluqda ötən gün axşam saatlarında aşkar olub. 

Əvvəllər məhkumluq həyatı yaşayan və narkotik asılılığı olan R.İsmayılovun həddən artıq dozada narkotik vasitə qəbul etdiyi müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi