ETSN-in yerli qurumlarının 100-dən çox əməkdaşı Masallıda yanğının söndürülməsinə cəlb edilib - YENİLƏNİB-2

ETSN-in yerli qurumlarının 100-dən çox əməkdaşı Masallıda yanğının söndürülməsinə cəlb edilib - YENİLƏNİB-2 Masallı rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Hadisə
25 Avqust , 2022 18:18
ETSN-in yerli qurumlarının 100-dən çox əməkdaşı Masallıda yanğının söndürülməsinə cəlb edilib - YENİLƏNİB-2

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı Masallı rayonu, İstisu sanatoriyasının yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsinə cəlb edilib.

Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

Nazirlik əməkdaşları geniş ərazilərə yayılmasının qarşısının alınmasında iştirak edir.

17:40

Masallı rayonunda dağlıq ərazidəki yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

16:09

Masallı rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə rayonun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi