Masallıda avtomobil piyadanı vuraraq öldürdü

Hadisə
  • 23 iyul, 2020
  • 21:33
Masallıda avtomobil piyadanı vuraraq öldürdü

Masallı rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Boradigah qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes”markalı avtomobil yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Elnur Nəhmət oğlu Zülfüqarovu vurub.

Ağır bədən xəsarətləri alan E. Zülfüqarov Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda keçinib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Hadisənin baş vermə səbəbləri rayon prokurorluğu tərəfindən araşdırılır.