Yuxarı

Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi olub

İki tanış arasında yaranan mübahisə bıçaqlanmaya səbəb olub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi olub. Sabunçu rayon Polis İdarəsindən (RPİ) Report-a daxil olan məlumata görə, qəsəbə sakini Namiq Hacıağayev münaqişə zəmnində həmyerlisi Natiq İsayevə bıçaqla xəsarət yetirib. N.Hacıağayev tanışını bıçaqlayandan sonra hadisə yerini tərk edib, zərərçəkən isə xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Hacıağayev tutularaq istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi