Yuxarı
    Bağlamaq

    ​Lökbatandakı restoranda silahlı insident törədənlərdən biri sosial yardım alan şəxsdir

    “Zeytə” restoranında silahlı insident törədən şəxslərdən daha biri saxlanılıb

    Bakı. 23 dekabr. REPORT.AZ/ Bakının Lökbatan qəsəbəsindəki “Zeytə” restoranında silahlı insident törədən şəxslərdən daha biri saxlanılıb. “Report”un xəbərinə görə, hadisənin iştirakçısı olan Məhərrəm Əliyevin dostu, Zaqatala rayon sakini Samir İbrahim oğlu Epdiyev Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı tutulub.

    “Report”un əməkaşı həm də onu öyrənib ki, S.Epdiyevin adı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin ünvanlı sosial yardım (ÜSY) alanlar siyahısında var. O, bu ilin oktyabr ayından 200 manat məbləğində ÜSY alır. ÜSY iki illik, yəni, 30 sentyabr 2017-ci il tarixədək olan dövr üçün təyin edilib.

    Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan birinin 7 yaşı var.

    Hadisənin əsas iştirakçısı olan Məhərrəm Əliyev dünən tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi