Lerikə yağan güclü qar fəsadlar törədib - FOTO

Lerikə yağan güclü qar fəsadlar törədib - FOTO Rayonun bir kəndinə verilən elektrik enerjisi kəsilib
Hadisə
27 Yanvar , 2018 19:29
Lerikə yağan güclü qar fəsadlar törədib - FOTO
Report

Lerik. 27 yanvar. REPORT.AZ/ Lerik rayonuna yağan güclü qar problemlər yaradıb.

“Report”un Cənub bürosu xəbər verir ki, nəticədə rayonun Orand kəndinə yağan güclü qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, bu səbəbdən kəndə verilən elektrik enerjisi kəsilib. Hava şəraiti imkan vermədiyindən, bərpa işləri sabah aparılacaq.

Kənddə qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb.

Ümumilikdə cənub bölgəsində qarlı və şaxtalı hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi