Lənkərandan son məlumat: 6 kənd və 1 qəsəbə su altında qalıb - FOTO

Lənkərandan son məlumat: 6 kənd və 1 qəsəbə su altında qalıb - FOTO Siyablı kəndində körpünü sel aparıb
Hadisə
30 Oktyabr , 2015 12:12
Lənkərandan son məlumat: 6 kənd və 1 qəsəbə su altında qalıb - FOTO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-dan etibarən fasiləsiz yağan yağışlar Lənkəranda bir sıra fəsadlar yaradıb. "Report"un məlumatına görə, Lənkərançay, Bəşəruçay, Girdəniçay, Veravulçay və digər suötürücü kollektorlarda daşqınlar baş verib. Çaylar məcrasından çıxaraq çayqırağı yaşayış evlərinə və fərdi təsərrüfatlara ziyan vurub. Rayonun Rvo kənd ərazi vahidliyinə daxil olan Siyablı kəndində körpünü sel aparıb. Rayonun  kəndləri Şağlaser, Sütəmurdov, Kərgəlan, Vilvan, Veravul kəndlərini və İstisu qəsəbəsini sel basıb.

Son xəbərlər

Orphus sistemi