Lənkəranda zəncirvari qəzada 3 nəfər xəsarət alıb

Lənkəranda zəncirvari qəzada 3 nəfər xəsarət alıb Lənkəran. 18 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Sentyabr , 2018 11:57
Lənkəranda zəncirvari qəzada 3 nəfər xəsarət alıb
Report
0 : 00
0 : 00

Lənkəran. 18 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində, "Ləvəngi" dairəsində qeydə alınıb. 

Belə ki, Biləsuvar rayon sakininin idarə etdiyi "VAZ-2107" markalı,  12-BG-301 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya səbəb olub. Nəticədə "Mersedes" markalı, 42-BC-401 və 99-EZ-309 dövlət qeydiyyat nişanlı avtomovillər bir-birinə çırpılıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biri yüngül olmaqla digər iki nəfər, Biləsuvar rayon Təzəkənd kənd sakinləri 1968-ci il təvəllüdlü Əlifağa Pilağa oğlu Muradov və 1985-ci il təvəllüdlü Vüqar Şamil oğlu Rəsulov travmatalogiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi