Lənkəranda yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Hadisə
  • 23 iyul, 2019
  • 16:33
Lənkəranda yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Lənkəranda baş verən yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, ölən şəxs 1948-ci il təvəllüdlü Azadə Məmmədova, yaralananlar - 1990-cı il təvəllüdlü Nigar Əzizova, 1950-ci il təvəllüdlü Cəmilə Məmmədova və sürücü Vüsal Əzizovdur. 


***18:50

Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil hərəkət zolağından kənara çıxıb. Qəza zamanı avtomobildə olan bir qadın ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.