Lənkəranda yol qəzası nəticəsində 2 qardaş ağır yaralanıb

Lənkəranda yol qəzası nəticəsində 2 qardaş ağır yaralanıb Hadisə rayonun Liman şəhərində baş verib
Hadisə
29 İyun , 2017 22:29
Lənkəranda yol qəzası nəticəsində 2 qardaş ağır yaralanıb

Lənkəran. 29 iyun. REPORT.AZ/ Lənkəran rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Liman şəhərində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində iki qardaş - 1990-cı il təvəllüdlü Tahirov Maarif Arif oğlu və 1998-ci il təvəllüdlü Tahirov Vüsal Arif oğlu xəsarət alıb.

Yaralılar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların hər ikisi Liman şəhər sakinləridirlər.

Son xəbərlər

Orphus sistemi