Lənkəran. 9 iyul. REPORT.AZ/ Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının 199-cu km də baş verib.
İlkin məlumata görə, toydan çıxan Digah kənd sakini Həmdəmov Sahil Sərhəng oğlunu "90-EJ-989" dövlət qeydiyyat nişanlı "KİA" markalı maşın vurub. Sürücü özü yaralını xəstəxanaya çatdırıb.