Lənkəran rayonunun Boladi kəndi ərazisindən keçən çayda balıq tutarkən boğulan şəxsin adı məlum olub.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, rayonun Boladi kənd sakini, 1958-ci il təvəllüdlü Miriyev Abdulla Qurban oğlu çayda balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb.
Kişinin hadisədən xəbər tutan oğlu onu xilas etmək istəsə də, bu, mümkün olmayıb. 61 yaşlı kişi oğlunun gözləri önündə suda boğulub.
Meyit müayinə olunması üçün
*** 18:49
Lənkəran rayon sakiniçayda boğulub.
"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Boladi kəndi ərazisində baş verib.
Belə ki, çayda balıq tutmaq istəyən orta yaşlı kişi suya düşərək boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və xilasedicilər cəlb olunub.
Hələlik şəxsiyyəti məlum olmayan kişinin meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.