Lənkəranda gənc qız 4-cü mərtəbədən yıxılıb - YENİLƏNİB

Lənkəranda gənc qız 4-cü mərtəbədən yıxılıb - YENİLƏNİB Lənkəran Dövlət Universiteti (LDU) babasının evinin pəncərəsindən yıxılaraq xəsarət alan Qönçə Əbilzadənin universitetin tələbəsi olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Hadisə
9 Dekabr , 2019 13:27
Lənkəranda gənc qız 4-cü mərtəbədən yıxılıb - YENİLƏNİB

Lənkəran Dövlət Universiteti (LDU) babasının evinin pəncərəsindən yıxılaraq xəsarət alan Qönçə Əbilzadənin universitetin tələbəsi olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

LDU-nun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Qönçə Əbilzadə Lənkəran Dövlət Universitetinin tələbəsi deyil. Ümumiyyətlə, bizim universitetdə bu ad-soyadlı tələbə yoxdur", - məlumatda qeyd edilib.


***09:35

Lənkəranda gənc qız binanın 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 7-də rayonun P.Təhməzov küçəsi, bina 4-də baş verib.

Belə ki, rayonun Şağlaküçə kənd sakini, 2001-ci il təvəllüdlü, Lənkəran Dövlət Universitetinin I kurs tələbəsi Qönçə Əbilzadə babasının evində olarkən həmin mənzilin pəncərəsindən yıxılaraq xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əbilzadənin reanimasiya şöbəsində stasionar müalicəsi davam etdirilir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi