Yuxarı
    Bağlamaq

    Lənkəranda tikintidə çalışan işçi hündürlükdən yıxılıb

    Hadisə Haftoni qəsəbəsində baş verib

    Lənkəran. 20 may. REPORT.AZ/ Lənkəranda tikintidə çalışan işçi hündürlükdən yıxılıb.

    "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Haftoni qəsəbəsində aparılan tikinti obyektində baş verib.

    Bakı şəhər sakini olduğu bildirilən, tikintidə usta kimi çalışan 24 yaşlı Xəzər Şahməmmədov hündürlükdə çalışarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Baş nahiyəsindən xəsarət alan yaralı müayinə olunarkən sağ ayağında sınıqlar olduğu da müəyyənləşib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi