Yuxarı
    Bağlamaq

    Lənkəranda 10-a yaxın şəxsin iştirakı ilə kütləvi dava olub, bıçaqlananlar var - YENİLƏNİB - FOTO

    Hadisə zamanı 2 nəfər bıçaq xəsarətləri alıb

    Lənkəran. 5 avqust. REPORT.AZ/ Lənkəranda iki nəfərin bıçaq xəsarət alması ilə nəticələnmiş kütləvi davanın təfərrüatları məlum olub.

    "Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Ləvəngi dairəsində baş verib.

    Belə ki, Ləvəngi dairəsinə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub. Nəticədə tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava olub. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb.

    Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.  

       


    ***01:50

    Lənkəranda baş vermiş dava zamanı 2 nəfər bıçaq xəsarətləri alıb.

    "Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Ləvəngi dairəsində baş verib.

    Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Paşayev Emin Qurban oğlu və 1990-cı il təvəllüdlü Qafarzadə Elvin Güloğlan oğlu bıçaq zərbələri ilə xəstəxanaya yerləşdiriliblər.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi