Lənkəran. 18 fevral. REPORT.AZ/ Fevralın 5-i Lənkəran rayonunun Jidi kəndi ərazisindən keçən yolun torpaq qatının sürüşməsi nəticəsində dağılan hissəsi bərpa edilib.
"Report"un Cənub bürosu yerli sakinlərə istinadən xəbər verir ki, artıq yola çınqıl döşənib və yolda hərəkət tam bərpa olunub.
Sürüşmədən sonra sakinlərin istifadəsi üçün alternativ yol çəkilsə də, bu yoldan istifadə etmək onun palçıqlı olması səbəbindən çətinləşmişdi və əsas yol bir həftədən çox idi ki, bərpa olunmamışdı.
Bu yoldan həmçinin Gəgiran kəndinin sakinləri də istifadə edirlər.

