Lənkəranda hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub - FOTO

Lənkəranda hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub - FOTO Cəlilabad rayon sakini Abil Quliyev dostları ilə birlikdə çimərkən boğulub
Hadisə
4 İyul , 2017 00:05
Lənkəranda hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub - FOTO
"Report"

Lənkəran. 4 iyul. REPORT.AZ/ Lənkəranda bu gün hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarına baş verib.

Belə ki, Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Quliyev Adil Heybət oğlu dostları ilə birlikdə çimərliyə gəlib. Lakin o, dənizdə çimərkən boğulub.

Qeyd edək ki, onun cəsədini ləpələr sahilə çıxarıb. Məlumata görə, nişanlı olan A.Quliyev ali təhsilini yenicə bitiribmiş. O, bu gün hərbi xidmətə yola düşəcəkmiş. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi