​Lənkəranda piyadanı avtomobil vurub - FOTO

​Lənkəranda piyadanı avtomobil vurub - FOTO Hadisə Zərifə Əliyeva küçəsinin 1-ci mikrorayon yaşayış massivindən keçən hissəsində baş verib
Hadisə
16 Aprel , 2016 21:09
​Lənkəranda piyadanı avtomobil vurub - FOTO

Bakı. 16 aprel.REPORT.AZ/Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnmiş yol-qəza hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsinin 1-ci mikrorayon yaşayış massivindən keçən hissəsində baş verib.

"VAZ 21011" markalı, 42 BC 861 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lənkəramn şəhəri Şəhidlər Xiyabanı küçəsinin 41 yaşlı sakini Emin Nəcəfov müayinə olunaraq kəllə beyin travması, baş və üz nahiyələrinin əzilməsi diaqnozu ilə travmatologiya şöbəsinə qəbul olunub.

Onun yaraları tikilib. Adı hələlik məlum olmayan sürücünün izahatı alınmaqdan ötrü polis bölməsinə aparılıb. Sürücü piyadanın yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin ötməsini gözləmədən yola çıxdığını deyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi