Lənkəranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Hadisə
  • 01 noyabr, 2018
  • 13:17
Lənkəranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Lənkəran. 1 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda evdən oğurluq edən şəxslər saxlanılıb. 

Bu barədə "Report"un Cənub bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini Q.Axundov 102 xidməti-zəng mərkəzinə müraciət edərək axşam saatlarında evdə olmadığı zaman naməlum şəxs və ya şəxslərin ona məxsus yaşayış evindən 1200 manat pulu oğurladığını bildirib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşayış evinə qanunsuz daxil olaraq oradan pul oğurlayan şəxslər saxlanılıb. Oğurluğu törədən şəxslərin Lənkəran sakinləri - Şəhriyar Şükri, Elçin Hüseynov və Elvin Cəbrayılov olduqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan hər 3 şəxs istintaqa təqdim edilib və törətdikləri oğurluq əməlini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

44 filmi