Lənkəranda tank əleyhinə mina tapılıb

Hadisə
  • 24 dekabr, 2018
  • 15:31
Lənkəranda tank əleyhinə mina tapılıb

Lənkəran.. 24 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda tank əleyhinə mina tapılıb.

"Report"un Cənub bürosu xəbər verir Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub regional şöbəsinin Liman sahil nəzarət bölməsinin əməkdaşları ilə birlikdə Linman şəhəri ərazisində mina aşkarlayıblar.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub regional şöbəsinin Liman sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (TM-62P3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.