Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alan var - FOTO

Hadisə
  • 31 dekabr, 2019
  • 22:10
Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alan var  - FOTO

Lənkəran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə keçmiş Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ 2107” markalı 42 BU 807 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes-Sprinter” markalı mikroavtobus toqquşub.

Qəzada “VAZ 2107” markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü, Lənkəran rayonunun Göyşaban kənd sakini Vasif Həmid oğlu Qurbanov ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinələrdən sonra ona sirkə kasası-çanaq sümüyünün sındığı məlum olub.

Vəziyyəti ağır qiymətləndirilən yaralının müalicə üçün Bakıya aparılacağı bildirilir.

Qəzanın baş vermə səbəbi araşdırılır.

44 - Tezliklə