Lənkəran. 18 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində Cəlilabad rayon sakini Tərlan İslamovun idarə etdiyi "ZİL" markalı yanacaqdaşıyan maşın və Masallı rayon sakini Ramin Baxışovun idarə etdiyi "Ford" markalı mikroavtobusun toqquşması ilə baş verən baş verən yol-nəqliyyat hadisəində xəsarət alan mikroavtobusun sürücüsünün vəziyyəti ağırdır.
Bu barədə "Report" un Cənub bürosuna Lənkəran Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib. Xəstəxanadan verilən məlumata görə, yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.
***
Lənkəran. 18 noyabr. REPORT.AZ/ Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı mikroavtobus yanacaqdaşıyan "ZİL" markalı maşınla toqquşub. Nəticədə "Ford"un sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Hadisə zamanı yanacaqdaşıyan maşın aşıb və yanacaq ətrafa dağılıb. Ərazidə partlayış təhlükəsi yaranıb. Magistral yol bağlanıb, sürücülər alternativ - kənd ara yollarından istifadə etməklə hərəkətini davam etdiriblər.
Faktla bağlı araşdırmalara başlanılıb.